Загрузка...

1481193299_hqdefault

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ərə gedib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın özü məlumat verib. O, bir müddət əvvəl nişanlandığı şəxslə nikah bağlayıb. Nikah bu ilin sentyabrında baş tutub.

Aktrisa bildirib ki, toy olmayacaq, onlar nikahlarını kiçik məclislə qeyd edəcəklər. Əməkdar artist toy və bəyin kimliyi barədə məlumat vermək istəməyib.
Xatırladaq ki, bu aktrisanın sayca ikinci evliliyidir. Onun 18 yaşlı bir qızı var, adı Məryəmdir.

Qeyd edək ki, əməkdar artist ərinin kimliyi barədə heç vaxt mətbuata açıqlama verməyib. O, sadəcə olaraq nişanlısının incəsənət dünyasından uzaq olduğunu söyləyib.