Şimali İrlandiyanın Karrikferqus şəhərində qəzəbli keçi mağazaya hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “BBC”-də yer alıb. Məlumata görə, keçi əvvəlcə mağazanın qapısına hücum edib, daha sonra isə yaxınlıqda dayanan avtomobillərin üstünə atılmağa başlayıb. Mağaza işçiləri qorxudan qapını bağlayıblar və keçi gedənə qədər mağazadan bayıra çıxa bilməyiblər. Həmin anın görüntüləri işçilər tərəfindən lentə alınıb.