Загрузка...

eldarmahmudovesas2

Dövlət Təhlükəsizlik Xidmətindən aldığımız məlumata görə, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev həbs olunub.

DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, dekabrın 3-də qurum tərəfindən yayılan açıqlamada bildirilirdi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Dekabrın 3-də DTX “reket” mətbuatın digər nümayəndəsi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.