Türkiyədə keçmiş polis rəisi 54 kq 100 qram marexuana və saxta polis vəsiqəsi ilə tutulub.
Musavat.com-un məlumatına görə, əməliyyat Sakarya polisi tərəfindən təşkil olunub. Ölkənin şərqindən İstanbula doğru gedən avtomobildə narkotik olduğu barədə məlumat alan Sakarya polisi dərhal hərəkətə keçib. Arifiyə şosesində saxlanılan avtomobildən 54 kq 100 qram narkotik maddə aşkar edilib.
Avtomobildə olan E.E ad-soyadlı şəxsin Adanada polis rəisi olduğu və bir müddət əvvəl işdən çıxarıldığı məlum olub. Onun üzərindən saxta polis vəsiqəsi də tapılıb. Avtomobildə olan E.İ ad-soyadlı digər şəxsin isə bundan əvvəl həbs edildiyi, hazırda axtarışda olduğu müəyyən edilib.
Hər iki şəxs narkotik maddə ticarətində şübhəli bilinərək saxlanılıb.