1480839413_c724507e-0ba5-480e-8e78-0b9373856b34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti barədə məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % təşkil edəcək.

Nazirlik əhaliyə xəbərdarlıq edərək bildirib ki, dekabrın 05-06-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 5-də axşam və 6-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 5-8° aşağı enəcək, maksimal temperatur gündüz saatlarında 3-5° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Dekabrın 5-i günün ikinci yarısında, 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.