“Rusiya dünya və regional problemlərin həllində iştirak etməyə hazırdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində bildirib.
“Biz məsuliyyətimizin həddini anlayırıq. Dünya və regional problemlərin həllində iştirakımıza ehtiyac varsa, buna hazırıq” – deyə, Rusiya prezidenti qeyd edib. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin vacibliyindən danışan V. Putin vurğulayıb ki, ölkəsi ABŞ-la beynəlxalq terrorçuluğa qarşı səylərin birləşdiriləcəyinə ümid edir: “ABŞ-la uydurma deyil, real təhlükə, beynəlxalq terrorçuluqla mübarizədə qüvvələrin birləşdirilməsinə ümid edirik. Bu tapşırığı Suriyada bizim hərbi qulluqçularımız yerinə yetirir”.