“Uğur” soyuducu şirkətinin keçmiş hissədarı Ünal Takmaklı həbsxanada ölüb.
Musavat.com-un məlumatına görə, məşhur iş adamının ölümünə səbəb ürək tutması olub.
Xatırladaq ki, iş adamı Ünal Takmaklı və qardaşları Ali Takmaklı ilə Mehmet Takmaklı eyni gündə FETÖ istintaqı çərçivəsində həbs edilmişdilər. Bir-biri ilə küsülü olan qardaşlar eyni cəza evində saxlanılsalar da, böyük qardaş olan Ünal Takmaklı onlarla bir kamerada qalmaqdan imtina etmiş, başqa kameraya köçürülmüşdü.
Qeyd edək ki, “Uğur” soyuducu şirkətinin hüquqçuları bir müddət əvvəl Ünal Takmaklının şirkətdə hissəsinin olmadığını açıqlamışdı.