Türkiyənin Qaziantep rayonunda şiddətli partlayış səsi eşidilib.
Musavat.com-un məlumatına görə, hadisə Yeditepe məhəlləsində baş verib. Bu barədə sosial şəbəkə istifadəçiləri şəkil paylaşaraq, əvvəlcə atışma baş verdiyini, daha sonra şiddətli partlayışın meydana gəldiyini yazıblar. Hadisə yerinə çox sayda yanğınsöndürən maşınların, helikopterin gəldiyi, hərbi təyyarələrin isə alçaqdan uçduğu bildirilir.
Qaziantep bələdiyyəsinin sədri Fatma Şahin twitter sosial şəbəkəsində açıqlama verərək, hadisə ilə bağlı məlumata malik olmadığını qeyd edib və yaxın dəqiqələrdə ətraflı məlumat veriləcəyini bildirib.
***
Qaziantep Valiliyi rəsmi açıqlama yayaraq, məsul şəxslərin partlayışla bağlı araşdırma apardığını, xəstəxanalarla əlaqə saxladığını bildirib. Valilik partlayış baş vermədiyini, can və maddi itki olmadığını qeyd edib və eşidilən səsin sonik partlayışdan meydana gələ biləcəyini açıqlayıb.
“Fırat qalxanı” əməliyyatında iştirak edən savaş uçaqlarının alçaqdan uçması sonik- səs partlayışına səbəb ola bilər”, deyə, vali açıqlama verib.