Rusiya prezidenti Vladimir Putin istedadlı uşaqlarla zaraftlaşıb.
BAKU.WS-in məlumatına görə, prezident uşaqlara coğrafiya üzrə bir neçə sual verib və onları imtahan edib.
Putin coğrafiya üzrə çox olimpiadaların və müsabiqələrin iştirakçıları 5 yaşlı Timofeylə və 9 yaşlı Miroslavla söhbəti zamanı maraqlı anlar yaşanıb. Putin Miroslavdan soruşur ki, Rusiyanın sərhədləri harada qurtarır. “Rusiyanın sərhədləri ABŞ sərhəddəki Berinq boğazında qurtarır…”, – deyə məktəbli cavab verib.
Buna Putinin reaksiyası isə hər kəsi güldürüb. “Rusiyanın sərhədləri qurtarmır”,- deyə putin zarafatla əlavə edib.
Rusiya dövlət başçısının bu sözləri beynəlxalq agentliklərin əsas xəbərinə çevrilib.