Загрузка...

img2254637

Şamaxının dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrinə 10-15 sm-dən çox qar düşüb.

ARB Şəki xəbər verir ki, Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat, Ərçiman kəndləri istiqamətində gediş-gəliş çətinləşib.

Sürücülər yolda qalıb. Günorta saatlarına doğru yollara səpilən qum-duz qarışığı rahat hərəkəti bərpa edib. Bakı-Şamaxı-Yevlax yolunun 25-65- ci kilometrliyindəki gərgin vəziyyət hələ də qalmaqdadır. Gün ərzində Şamaxı yol idarəsinin texnikası və canlı qüvvəsi Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsinin təmizliyini həyata keçirib. Yola qum duz qarışığı səpilib. Əgər axşam saatlarında yolda təkrar buzlaşma yaşanarsa, sözü gedən yolda təhlükə arta bilər.

Muğanlı-İsmayıllı avtomobil yolunda da hərəkət çətinləşib. Yolda təmizlik işi aparılsa da təkrar buzlaşma hərəkətə mane olub. Baş dövlət yol Polisi idarəsi buzlaşma səbəbindən bu yoldan istifadə edən sürücülərə ehtiyyatlı olmaları barədə çağırış edib.