“Qızlarınızın sabahını bilmirsiniz”
“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin qonağı olan müğənni Bahar Lətifqızı şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar verib: “İkinci qızım çox şirin-şəkər bir baladır. Sevgi ona bacım, ürəyim, canım deyir. O, ailədə hər kəsin, mənim də, atasının da, nənəsinin də ürəyidir”.
Müğənni üçüncü övladının olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Əslində mənim oğlum kimidir. Onu da biləsiz. Mənim qardaşlığım Çingizin övladıdır. Biz ailəvi möhkəm dostuq. Özü ilə də, yoldaşı ilə, valideynləri ilə də. Bu verilişə baxanlar verilişi izləməyənlərə də desin, çox rica edirəm. İstəmirəm belə şaiyələr olsun. Baharın Tunar adında oğlu var, onu gizlədir. Yox, bu cür deyil. O, mənim, bacımın, qardaşımın övladıdır. Mənim 14 il övladım olmayıb. Ona görə də, bunu bir daha təkrarlayacam. Heç bir ailəyə də arzulamıram. Heç bir qıza, oğlana, anaya arzulamıram ki, övladı ailə qursun və 14 il həsrətlə gözləsin ki, mənim övladım nə zaman olacaq? Ancaq bu mənim əlimdə olan bir şey deyildi axı. Kənardan bir qədər kinayə ilə baxırlar, lağ mənasında danışırlar. Belə demək olmaz. Özüm üçün demirəm, nə deyirsiz deyin! Yenə də Allah canınınzı sağ etsin”.
İfaçı niyə 2 dəfə ailəsini dağıtması və ayrılma səbəblərini açıqlayıb: “14 il övladım olmadı, mən də arzulayırdım ki, mənim də övladım olsun. Ona görə də, iki dəfə ayrılmışam. Heç kim deyə bilməz ki, onun qızları gələcəkdə nə olacaq. Onu ancaq Allah bilir”.
Bahar Lətifqızı yaradıcılığından da bəhs edib: “Bugünkü mahnımız Gülnarə Sultanın sözlərinə Fərid Kəriminin bəstələdiyi bir mahnıdır. Musiqi “darıxdım” adlanır. Təbii ki, oynaq bir musiqidir. Həmişə tamaşaçılar deyir ki, bizi ağlatma, şən mahnılar ifa et. İnanın, sizin xətrinizə bu cür mahnı oxumuşam. Yoxsa, bütün günü lirika oxuyaram. Mən lirika oxuyan kimi hamı ağlamağa başlayır. Tamaşaçı səndən gözləmədiyi bir janrda nəsə eşidəndə, əlbəttə, ona çox yaxşı təsir edir və bunu qeyri-adi qəbul edirlər. Deməli, Bahar bunu da oxuya bilir. Oxumaq üçün adama səs, ürək, hissiyyat lazımdır”.
Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.