1479792512_15129715_1136700843033400_566271077_n.jp

Müğənni Əli Mirəliyev xalq artisti Aygün Kazımovaya irad bildirib.

Big.az xəbər verir ki, ifaçı A.Kazımovanın geyimlərini tənqid edib və narazıçılığını belə əsaslandırıb:

“Xalq artistlərimiz lüt soyunurlar. Bu böyük biabırçılıqdır. Məsələn, Aygün Kazımova. Veriliş vaxtı Aygünün büstqalteri açıldı, sinəsi çöldə qaldı… O zaman ATV-də veriliş aparırdı. Gedin, baxın görün mən elə-belə deyirəm, yoxsa düzünü söyləyirəm?! Sən Aygün, elə geyin ki, dözsün də sənə, nəyə lazım dar geyinmək. Nəyi göstərmək istəyirsiniz? Sənət göstərin, kifayətdir”.

“Bəs Aygün xanımın sənətini bəyənirsinizmi?” – sualına Ə. Mirəliyev cavab verib:

“Aygünün sənəti xoşuma gəlir. Səsi gözəldir. Mən ondan danışmadım ki… Geyimini bəyənmirəm, cavanlar baxır axı. Sabah onlar da Aygün kimi geyinəcəklər”.