Gənc xanəndə Taleh Hüseynli əməliyyat olunduğu zaman dayanmadan mahnı ifa edib. Həkimlər isə ona oxuduğu mahnıda “dəstək” olublar.
Əməliyyat olunarkən ifa etməsini əks etdirən görüntüləriXəzər Xəbər-ə xəstənin özü, 22 yaşlı xanəndə Taleh Hüseynli təqdim edib.
Taleh kor bağırsağın əməliyyatı zamanı dilinin toruna düşüb. Xanəndə olduğunu deməsilə həkimlər ondan oxumağını xahiş edib. O da əməliyyat bitənədək düz 40 dəqiqəyə yaxın müxtəlif musiqi nömrələrini ifa edib.
Gənc müğənni fikirləşir ki, görüntülər yayılandan sonra onun da ulduzu parlayacaq. Çünki əməliyyat vaxtı səsinin gücünü indiyə kimi göstərən olmayıb.