1479448431_qqqqqq

Müğənni-bəstəkar Emin Ağalarov “İnstagram” bloqunda növbəti yeni fotosunu paylaşıb.

BAKU.WS xəbər verir ki, Eminin yeni paylaşımı hər kəsin diqqətini çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminəni əkizlərindən ayırmayan məşhur müğənni onunla yeni fotosunu yayımlayıb.

İfaçı iş otağında çəkilən fotoya “İş günü xüsusilə sevincli olanda… Əminənin ofisimə ilk gəlişi” – qeydini yazıb.

Qeyd edək ki, E.Ağalarov bir il öncə müsahibəsində “Mənim soyadım hər zaman Əminənin qulluğundadır. Əgər istəsə soyadımı ona verərəm” – demişdi. O,
Əminəni öz qızı kimi sevdiyini, əkiz oğulları Əli ilə Mikayıldan ayırmadığını bildirmişdi.