Rejissor Kənan M.M. Türkiyədə filmə çəkilib.
Axşam.az-ın məlumatına görə, “Oldu mu şimdi?” adlanan ekran işi komediya janrındadır.
Dekabrın 16-da Türkiyədə filmin nümayişi keçiriləcək. Daha sonra Bakıda qala gecəsinin təşkili nəzərdə tutulub.
Kənan M.M. bildirib ki, filmin prodüseri azərbaycanlıdır:
“Məni də dəvət etdi. Rolum o qədər də böyük deyil, azərbaycanlı obrazı yaratmışam”.
Filmdə aktyorlar Yavuz Seçkin, Orhan Aydın, Seda Güven, Serkan Şengül, Şevki Özcan və başqaları rol alıb.