Yeni seçilmiş Amerika prezidenti Donald Trampın böyük qızı İvanka qüsursuz zövqə sahibdir. ABŞ-ın ən stilli qadınlarından birinin stilini nəzərdən keçirməyi təklif edirik.
35 yaşlı İvanka Tramp uğurlu biznes-ledi, yazıçı, xoşbəxt qadın və çoxuşaqlı ana olaraq tanınır. Bundan əlavə, İvanka atasının seçkiqabağı kampaniyasına rəhbərlikdə iştirak edib. 2007-ci ildən bəri Trump Entertainment Resorts idarə heyətinin üzvüdür. Elə həmin ildə o, Ivanka Trump Collection zərgərlik məhsulları firmasını təsis edib. Qısa zamanda firma qadın ayaqqabısı və geyimləri də buraxmağa başladı. Bu məhsulları isə model olaraq İvanka özü reklam edirdi. 2009-cu ildə İvankanın “The Trump Card: Playing to Win in Work and Life” adlı kitabı işıq üzü gördü.
İvanka ağıllı, təhsilli, gözəl qadındır və əla zövqə sahibdir. Gündəlik həyatda o, eleqant klassikaya üstünlük verir. Onun obrazında itiuclu ayaqqabılardan tutmuş saç düzümünə qədər hər bir element onun müasir uğurlu biznes-ledi həyat tərzini əks etdirir. İvanka gündəlik həyatda futlyar geyimlərə (xüsusilə də onun qarderobunda kiçik qara libaslar üstünlük təşkil edir), klassik ətəklərə, jaketlər və şalvar kostyumlara, qırmızı xalı üçün isə ancaq uzun libaslara üstünlük verir. Sizə ABŞ-ın yeni seçilmiş prezidentinin böyük qızının qüsursuz obrazlarını təqdim edirik.
Buro247.az