Ermənistan prezidenti Serj Sarkisyan məşhur rusiyalı jurnalist Dmitri Kiselyova müsahibə verib. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, müsahibəsində Sarkisyan Yerevanla Bakı arasında Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verənlərə operativ reaksiya vermək üçün “qaynar xətt”in yaradılmasına tərəfdar olduğunu deyib.
“Əgər bu fayda verəcəksə, hadisələrə operativ reaksiya verəcəyiksə, mümkündür. Tutaq ki, təmas xəttində kimsə atəş açır və bizim məlumatlara görə, atəş aman azərbaycanlılardır, dəstəyi götürürəm, Azərbaycan prezidentinə zəng edirəm və deyirəm: “Atırlar”. O da doğrudan da bunu yoxlayır”, – “Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində Sarkisyan deyib.
Prezident əlavə edib ki, 1990-cı illərdə “qaynar xətt” yaratmağa cəhd olunub.