“Diriliş Ərtoğrul” serialının aktyoru Cavid Çətin Günər “Qızıl kəpənək” mükafatlarının təşkilat komitəsinə etiraz edib.
Axar.az xəbər verir ki, o, ən yaxşı serial nominasiyasında aldıqları mükafatı yerə – ayağının yanına qoyaraq foto çəkdirib. Daha sonra isə fotonu rəsmi İnstaqram səhifəsində paylaşaraq, “Ayaqqabım bu mükafatdan daha dəyərlidir”, – yazıb.
Günər ona ən yaxşı aktyor mükafatı verilməməsinə bu yolla etiraz edib.
Qeyd edək ki, “Diriliş Ərtoğrul” ən yaxşı serial mükafatına layiq görülüb. Ən yaxşı aktyor mükafatını isə “Poyraz Karayel” serialının aktyoru İlkər Qalalı alıb.