Donald Trampa etiraz edənlər gecəsi 500$ olan hotellərin qarşısına toplaşır -eksklüziv
Washington DC-də, Ağ evdən 1 kvartal məsafədə Trump İnternational Hotel…
Dünən məhz bu ünvanda aksiya baş tutub və Tramp əleyhdarları otelin önündə etiraz ediblər. Otel yenidir və bir gecəlik qiyməti 500 dollardan başlayır.
Seçki kampaniyasına başlayarkən Tramp Ağ evin onun üçün çox kiçik olduğunu bəyan edərək, seçiləcəyi təqdirdə prezident iqamətgahı olaraq bu otelə yerləşəcəyini söyləyib. İndi hamının maraqla gözlədiyi məqamlardan biri də elə budur. Əgər Tramp həqiqətən də dediyi kimi etsə, Amerika tarixində bir ilk daha yaşanacaq. Hələlik isə Trampa yox deyənlərin etiraz üçün seçdikləri hədəf məkan ona aid otellərin qarşısıdır.
Tramp və seçki sonası etiraz dalğaları
Obamadan “miras” qalan Amerikada Trampın vədləri və söz verdiyi yeni güclü Amerikanı nələr gözləyir?
Bu haqda daha ətraflı ən qısa zamanda Aynur Talıbovanın yazdığı “Amerikanın gündəliyi”ndə.
Musavat.com