Mixail Saakaşvili Facebookdakı hesabında Respublikaçı Donald Trampın prezident seçilməsilə bağlı status yazıb.
AzNews.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, bir neçə gün əvvəl Ukraynanın Odessa vilayətinin qubernatorluğu postundan istefa verən Mixail Saakaşvili ABŞ-da Respublikaçı namizəd Donald Trampın prezident seçilməsi xəbərinə Facebook sosial şəbəkəsindəki hesabında münasibət bildirib:
“ 20 ildir ki, onunla tanışam, dostluq edirik. Mən bu nəticəni əvvəlcədən proqnoz vermişdim. Gözlənilməz siyasəti ilə güclü şəxsiyyət. Biz ehtiyatlı və daha çox mütəşəkkil olmalıyıq.”