img2239607

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə qərarını noyabrın 7-də bəyan edib.

“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, – deyə, o istefa ilə bağlı açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.