“Victoria’s Secret”in cazibədar modellərindən biri Adriana Lima formada qalmasının sirrini açıqlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o zülallı qidalar və idmanla formada qaldığını deyib.
Çörəkdən uzaq duran model hər gün 3 litr su içdiyini söyləyib. Həftədə 2 dəfə boksla məşğul olub hər gün yarım saat iplə tullandığını deyən Adriana pəhriz də saxlayır:
Səhər yeməyi:
Brokoli, ispanaq və yulaflı yumurta
Nahar:
Qızartma balıq, buxarda bişirilmiş tərəvəz
Şam yeməyi:
Yağsız ət və tərəvəz
Ara yemək:
Kök, böyürtkən.
Adriana Lima “Nə yediyinizə diqqət etməyiniz çox əhəmiyyətlidir. Zülalla yanaşı yanında azca karbohidrat da qəbul etməyiniz lazımdır” deyə qeyd edib.