Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan “Premium-95” markalı benzin çatışmazlığı məsələsini həll edib.
Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.
Mənbənin sözlərinə görə, ölkədə “Premium-95” markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.
Aİ-95 benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda Avro-5 standartlı benzin istehsal olunacaq.