1477903495_zig-alternativ

Bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Belə ki, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yolu ilə əlaqələnəcəkdir. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin “Bakubus” MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

Загрузка...