28 Oktyabrda Azərbaycan Mətbuat Şurasının idarə heyəti növbəti toplantısını keçirib.
Toplantıda Şuraya üzvlüklə bağlı müraciətlərə baxılıb. Həmçinin Medianews.az saytının müraciəti də iclasda müzakirə olunub. Müzakirələrdən sonra Medianews.az saytı Mətbuat Şurasının Nizamnamə tələblərini pozmadığı, qurumun tələblərinə cavab verdiyi əsas götürülərək, MŞ üzvlüyünə qəbul edilib.
Qeyd edək ki, Medianews.az saytı 23 sentyabr 2012-ci ildən etibarən fəaliyyət göstərir. Bu keçən 4 il ərzində sayt etik normaları gözləyərək oxucuların maraqlarını təmin edəcək yazılar dərc edib. 2016-cı ildən etibarən Medianews.az saytının rus dilli oxucular üçün rus versiyası da fəaliyyət göstərir.