Türkiyədə polis iş otağında intihar edib.
Musavat.com-un məlumatına görə, hadisə Bursa əyalətinin Osmanqazi rayonunda Çekirge Polis Mərkəzində baş verib. 3 uşaq atası, 44 yaşlı Cahit Korkmaz dəstəmaz alıb namaz qıldıqdan sonra tapançanı ürəyinə tuşlayaraq atəş açıb. Silah səsini eşidib otağa gələn polislər Cahid Kormazı qan içində yerdə uzanmış halda görüblər. Xəstəxanaya aparılan Korkmazın həyatını xilas etmək mümkün olmayıb.
Onun İntihardan əvvəl ailəsinə yazdığı məktubda isə bu sözlər yer alıb: “Sizləri çox sevirəm. İntiharimda sizin bir təsiriniz yoxdur. Qorxum məni bu hala gətirdi”.