“Uşaqlar bizim gələcəyimizdir. Biz onları doğru yola yönləndirməliyik. Mən bu gün Balakən rayonu Mahamalar kəndinin orta məktəbinə müəlimə işləyən bibim qızını görmək üçün getmişdim”.
BAKU.WS-in məlumatına görə, bunu azərbaycanlı Dünya və Avropa çempionu Rəsul Çunayev öz Instagram səhifəsində yazıb. İdmançımız deyir ki, məktəbdə uşaqlar qəfildən üstünə axışıb:
“Bir anlıq öz uşaqlığım göz önümə gəldi. Çünki bibim qızı uşaqlıqda mənə çox dəstək göstərmişdi. O, məni əlimdən tutaraq Bakını gəzdirirdi ki, mən darıxmayım. Deyərdi “Rasul, sən böyüyüb çempion olanda bu çətinliyi unudarsan”. Onun bu məsləhətlərini bu gündə unutmuram. Bu uşaqların idmana olan marağını və mənə qarşı olan sevgisini görüb idmana olan marağım dahada artdı və gördümki uşaqların dəstəyə ehtiyacı var. Çünki heç kim yaxınların əzizlərin dəstəyi olmadan heç bir arzuya nail ola bilməz”.