Загрузка...

165424_res_01

Rusiyanın Vladivostok şəhərində qəribə hadisə baş verib. Sürət həddini keçdiyi üçün polis avtomobili saxlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları gənc sürücü qıza cərimə yazdığı vaxt o rəqs etməyə başlayıb.

Qız rəqsinin videogörüntülərini özünün “İnstagram” səhifəsində paylaşıb və yazıb: “Maşında oturub cəriməni gözləmək? Yox, bu mənlik deyil. Əvəzində hamının əhvalı yaxşılaşdı. Polislər də pozitiv adamlar idi və dedilər ki. kefimi pozmayım, çünki özləri də sürəti sevirlər”.