“Amnesti İntenəşnl” beynəlxalq insan haqları təşkilatı şəxsi bilgilərin gizliliyini qoruyan ən yaxşı mesajlaşma sistemlərinin siyahısını dərc edib.
Axar.az xəbər verir ki, 11 şirkətin yer aldığı siyahıya Feysbuk Messencer və Votsap başçılıq edir.
Birlikdə 2 milyard istifadəçisi olan bu şirkətlər istifadəçilərin təhlükəsizliyini qoruduqlarına görə 73 bal toplayıb.
Əpl iMesaj, Feystaym və Teleqram 67 balla ikinci yeri tutub. 3-cü yerdə 53 balla Quqlun mesajlaşma xidmətləri – Allo, Duo və Hanqouts gəlir.
Azərbaycanda geniş istifadə olunan Layn və Vayber 47 balla, Skayp isə 40 balla qiymətləndirilib.