“”Zaur”u Fəxrəddin yox, rus aktyor oynayırdı”
“Təhminə” rolu ilə tanınan aktrisa Meral Konrat ARB TV-nin “Türk şou-maqazin” verilişinə maraqlı açıqlamalar verib.
Sevilən aktrisa “Təhminə” filmi ilə bağlı maraqlı məqamları açıqlayıb:
“Ən başda bu filmdə Fəxrəddin Manafov “Spartak” obrazını oynamalı idi. “Zaur”u isə rus bir aktyor oynayırdı. Filmi yarısına qədər çəkmişdik. Oturub çəkilişlərə baxdıq, Rasim bəy bəyənmədi. Dedi ki, bunu bəyənmirəm, ataq zibilliyə. Səbəbini soruşanda isə, kişi aktyorun mənim səviyyəmdə olmadığını bildirdi. Ağlında başqa birisinin olduğunu və yenidən onunla çəkəcəyimizi bildirdi. Həmin rus aktyor çox məsuliyyətsiz idi. Birlikdə bir səhnə çəkirdik, mənim qabağımda təlxəklik edirdi. Daha sonra Fəxrəddinlə oynamağa başladıq. Fəxrəddin o rus aktyordan daha istedadlı və məsuliyyətli idi. Mən çox xoşbəxt oldum”.
Daha sonra aktrisa, xalq artisti Fəxrəddin Manafovla sevgi yaşadığı iddialarına da aydınlıq gətirib:
“Biz onunla çox yaxşı dost olduq. Hətta, Fəxrəddin İstanbula gələndə gəzdik, söhbət etdik. Belə bir şey olsa, gizlətmərəm. Mən onu dost kimi görürəm. Ona aşiq deyildim, Fəxrəddinin mənə aşiq olub-olmadığını isə bilmirəm”.