Müğənni Günay İbrahimli tədbirlərin birində fotokamermaız qarşısına keçib.
Son günlər xeyli çəki aldığını deyən ifaçı Axşam.az-a açıqlamasında pəhriz saxlaya bilmədiyini söyləyib:
“Mənim normal çəkim 53 kiloqramdır. Hazırda 58 olmuşam, 5 kiloqram atmalıyam. Pəhriz saxlaya bilmirəm, mənlik deyil. Amma idman edirəm. Şirniyyatı çox sevən biri necə pəhriz saxlasın?”.
G.İbrahimli dadlı yeməklər hazırladığını bildirib:
“Elə bilirlər ki, müğənniyəm yemək bişirə bilmirəm. Xeyir, çox qəşəng yeməklər hazırlayıram. Düzdür, işimin çoxluğundan mətbəxə az girirəm. Amma bütün xörəkləri hazırlaya bilirəm”.
İfaçı yeni film təklifi aldığını da deyib:
“Film, serial təklifi var, amma istəmirəm. Ssenariləri oxuyuram, əgər normal komanda olsa, filmə çəkiləcəm. Serial isə istəmirəm. Bizdə hamı komediyaya üstünlük verir. O da mənlik deyil”.
http://s010.radikal.ru/i311/1610/b8/e62357a72824.jpg
http://s009.radikal.ru/i309/1610/b6/030d3204b7fd.jpg
http://s010.radikal.ru/i313/1610/13/b283d45a709f.jpg
http://s018.radikal.ru/i508/1610/38/213af885adea.jpg
http://s017.radikal.ru/i400/1610/c2/b42e471b7a54.jpg
http://s019.radikal.ru/i624/1610/9f/13b49c5a3f46.jpg
http://s017.radikal.ru/i441/1610/d7/899f574fec5b.jpg