Havanın temperaturunun düşməsindən sonra ən çox rastlaşdığımız xəstəliklərdən biri də qripdir.
Axar.az asan yolla qripdən xilas olmağa kömək edəcək qidaları təqdim edir:
Qırmızı istiot
Qırmızı istiot C vitamini ilə zəngindir. Bu vitamin qripin təsirini 80% azaldacaq qədər güclüdür.
Qatıq
Qatığın tərkibində bağırsaqlardakı mikrobları məhv edən probiyotik olur. Beləcə, qrip virusunun orqanizmdə yaşaması qeyri-mümkün hal alır.
Yaşıl çay
Yaşıl çayda immuniteti gücləndirən “epiqallokatekin qallate” adlı kimyəvi maddə var. Həkimlər bu çaydan gündə 3 fincan içməyi tövsiyə edir.
Badam
Badam xəstəliklərlə döyüşən antioksidant E vitamini ilə zəngindir. Qripdən qorunmaq üçün hər gün 24 ədəd badam yeməyə çalışın.
Təzə kartof
Kartofun tərkibindəki “beta karote” orqanizmdə A vitamininə çevrilir və qripin müalicəsində mühüm rol oynayır.
Sarımsaq
Sarımsaq qriplə, xəstəliklə mübarizədə ən effektli vasitə sayılır. İçindəki sulfid maddəsi qripə yaxalanma riskini 2,5 dəfə azaldır.
Zəncəfil
Zəncəfilin tərkibindəki “qinqerol” maddəsi hər cür infeksiyadan qorunmaqda kömək edir.
Qoz
Qozdakı antioksidant selen soyuqdəymə, qrip və xərçəngə qarşı müdafiəni təmin edir. İçindəki selen nisbəti digər qidalardakı selendən 10 qat daha çoxdur.
Bal
Təbii bal antibakterial xüsusiyyətlərə malikdir. Çaya və ya qatığa qataraq istifadə etsəniz, təsiri daha da güclü olar.
Balıq
Balıq yeməklə omeqa 3 istehlakını artıraraq, qrip və oxşar infeksiyaları özümüzdən uzaq saxlaya bilərik. Həftədə 2 dəfə balıq yemək məsləhət görülür.
Soğan
Soğanın tərkibi təbii antibiotiklərlə zəngindir. Bu tərəvəz qripə qarşı immunitet sistemini gücləndirir.