Загрузка...

160812_918

Dar, hündürdaban və ucu miz ayaqqabı geyinmək “Halluks Valgus” xəstəliyinə səbəb olur.

Axar.az xəbər verir ki, baş barmağın bayıra doğru əyilməsi ilə müşahidə olunan “Halluks Valgus” xəstəliyi xalq arasında ayaq barmaq çıxıntısı və ya bunyon kimi tanınır.

Xəstəlik ayaq barmağın kənarında ağrı, qızartı yaranması ilə başlayır. Daha sonra xəstələr ayaqqabı geyinməkdə çətinlik çəkir. Getdikcə barmağın hərəkət qabiliyyəti zəifləyir.

Bu halla qarşılaşmamaq üçün ayaqqabı alarkən təkcə formasına yox, həm də ölçülərinə diqqət yetirməyiniz tövsiyə olunur.