Karyerası boyu 200 milyon dollardan çox gəlir əldə edən NBA ulduzu 41 yaşlı Allen Ayversonun sərvətini tamamilə xərcləyib bitirdiyi iddia edilir.
Axar.az xəbər verir ki, əfsanəvi basketbolçunun illər boyu topladığı 200 milyon dollardan çox sərvətini 50 nəfərlik dost qrupu ilə xərclədiyi bildirilib.
Ayversonun hazırda aylıq 62 min dollar gəliri var. Araşdırmaya görə, qazancının qarşılığında əfsanəvi basketbolçu ayda 360 min dollar xəcləyir. Milyonlarla gəncin sevimlisi olan basketbolçu problemli uşaqlığından NBA ulduzuna çevrilsə də, pula əhəmiyyət verməyən Ayverson məhəllə dostları ilə sərvətini havaya sovurur.