Türkiyəli diplomatlar Almaniyaya sığınıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya mətbuatı yerli DİN-ə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Türkiyənin Almaniyadakı 8 diplomatının FETÖ təşkilatı ilə əlaqəsi səbəbindən diplomatik pasportları ləğv edilib. Həmçinin onların berlindəki səfirlikdə missiyalarının başa çatmasına baxmayaraq ölkələrinə dönmədikləri bildirilib.
Pasportları ləğv edilən diplomatların 3-ü Almaniyadan sığınacaq istəyib.
Mühacirət edən diplomatlar arasında hərbi attaşe qərərgahının polkovniki Ayhan Dağlının da olduğu iddia edilib. Xəbərdə miqrasiya xidmətinin mühacirət üçün müraciətə hələ ki cavab vermədiyi qeyd olunub. Almaniyadan sığınacaq istəyən türk diplomatların sayının artacağı da istisna edilmir.