Ötən həftə mətbuatda müğənni Hülya Avşarın Londonda təhsil alan qızı Zəhra üçün 4 qulluqçu göndərdiyi barədə məlumatlar yayılmışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zəhranın atası, Hülyanın keçmiş əri olan Kaya Çilingiroğlu iddiaları təkzib edib:
“Zəhra ilə son dəfə danışanda “Paltar yudum, yemək bişirdim” dedi. Hər dəfə məni təəccübləndirir”.
K.Çilingiroğlu qulluqçu məsələsinə əsəbiləşib və maraqlı cavab verib:
“Qulluqçu, hətta 5 sürücü də göndərdik. Üstəlik, 2 limuzin, qapısında xüsusi təyyarə və 3 pilot da var. Qulluqçu xəbərlərinin hardan çıxdığını başa düşə bilmirəm. Tələbə yataqxanasında, cəmi 1 otaqlı evdə qalır. Zəhra sadə insandır”.
Qeyd edək ki, Zəhra Londonda “Vestminster Universiteti”ndə təhsil alır.