Sentyabrda vəfat edən türk aktyor Tarık Akanın xatirəsini əbədiləşdirmək üçün ömrünü keçirdiyi küçəyə onun adı verilib.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, T.Akanın qonşuları aktyorun adının küçəyə verilməsi üçün imza toplama kampaniyası keçiriblər.
Toplanan imzalar Bodrum Bələdiyyə Məclisinə təqdim edilib. Məclisdə keçirilən iclasda Bodrumun Akyarlar məhəlləsindəki Yalı küçəsinin bundan sonra Tarık Akan küçəsi adlanması barədə qərar verilib.
Qeyd edək ki, aktyorun adına hər il film mükafatları verilməsi, həmçinin heykəlinin qoyulması da nəzərdə tutulub.