Arxeoloqların 1994-cü ildə Macarıstanda kilsənin altından tapdıqları 300 illik cəsədlərin kimə məxsus olduğu bilinib.
Axar.az xəbər verir ki, mumiyalanmış cəsədlərin Veronika adlı 38 yaşlı anaya və onun 1 yaşlı oğlu İohana məxsus olduğu üzə çıxıb. Ana ilə övladın vərəmdən dünyasını dəyişdiyi təsdiq olunub.
Arxeoloqlar yeraltı sərdabədə daha 250 cəsəd aşkar edib. Hazırda alimləri bu iki sual düşündürür:
1. O dövrdə insanlar necə yaşayırdı?
2. Niyə bu qədər çox uşaq ölürdü?
Güman olunur ki, bu sualların cavabı ilin sonunadək tapılacaq.