Загрузка...

1475577529_z3

“Xəzər” TV-nin efirində yayımlanan “5/5” verilişinin növbəti buraxılışı efirə gedib.

BAKU.WS xəbər verir ki, aparıcı Zaur Kamalın təqdimatında olan verilişin budəfəki qonaqları xalq artisti Teymur Mustafayev, müğənni Mətanət Əsədova və muğam ifaçısı Rövşən Əziz olub.

Verilişdə yaddaqalan məqamlarından biri M.Əsədova ilə Teymur əminin muğam deyişməsi olub.

Teymur əmi Mətanət ifası ilə guya vəsf edib:

“Sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur”.

Ayaq üstə qalxan Mətanət, Ərkinaz Kamala dediyi sözlərlə günə möhürünü vurub:

“Arxama baxan az idi, sən də bax”.