Dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook”da daha bir yeniliyin istifadəyə verilməsi planlaşdırılır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif əşyaların alqı-satqısı artıq “Facebook” vasitəsilə də mümkün olacaq.
“Bazar məkanı” adlı tətbiq quran şirkət, məhsul alqı-satqısını və barterini daha da asanlaşdırmaq niyyətindədir.
“Facebook” 9 il öncə də bu planı həyata keçirmək istəmiş, lakin həmin dövrdə elektron ticarət geniş yayılmadığı üçün layihə təxirə salınmışdı.