Türkiyədə şagirdlərin gözü qarşısında özünü binadan tullayan müəllimin addımı böyük marağa səbəb olub.
Milli.az xəbər verir ki, ki, müəllim yanğın zamanı mühafizə barəsində şagirdləri maarifləndirmək üçün qəribə üsula əl atıb. Belə ki, o, yanğın zamanı nə etmək lazım olduğunu göstərmək üçün özünü binadan aşağı tullayıb.
O, yerdə yanğınsöndürənlərin qurduğu hava yastığının üzərinə düşüb. Müəllimin cəsur hərəkəti maraqla qarşılanıb.