Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib.
Musavat.com-un məlumatına görə, 90-BE-435 nömrə nişanlı “Leksus” markalı avtomobil ilə “Nissan X trail” markalı avtomobillə toqquşub. Nəticədə sürücüsü idarəetməni itirərək magistral yolun arakəsməsinə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Yol polisi əməkdaşları da gəlib. İlkin məlumata görə qəzaya səbəb yüksək sürət olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib. Hazırda qəza törədən maşınlar ərazidən evakuasiya edilir.
Qəza ilə bağlı araşdırma aparılır.