İlk dəfə bank reklamında rol alan aktyor Şahan Gökbahar həmkarlarına söz atıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Gökbahar onun kimi reklamlara çəkilən Kıvanç Tatlıtuğ, Cem Yılmaz və Ata Demireri əsəbiləşdirəcək ifadələr işlədib.
Şahan onların ünvanına “Üçü toplansa, məni keçə bilməzlər. Mən onlardan ağıram. İlk dəfə bir reklamda oynayıram. onlar da tanınmış reklamlarda çəkiliblər. Mehriban rəqabət aparsaq, aramızda problem yaranmaz” deyib.
Xanımı Selinin ikinci dəfə hamilə olduğunu söyləyən aktyor 4 övlad istədiyini bildirib.