Sevərək ailə qurmamışdım. Bu qədər söz azadlığı, demokratiyanı, sərbəstliyi sevən mənim kimi biri gözüyumulu ailə qurdu.
Bu sözləri jurnalist Tünzalə Rafiqqızı gününsəsi.info-ya müsahibəsində deyib. O, keçmiş həyat yoldaşı ilə münasibətlərindən danışarkən “ulduzlarının barışmadı”ğını qeyd edib:
“Ailə həyatı qurmaq vaxtımıydı. O vaxt fikirləşirdim ki, ailə qurmağa gecikmişəm. İndi isə əksini düşünürəm. Evdəkilər belə düşünürdü ki, vaxt keçir. Qızımın atası ədliyyə sahəsində işləyirdi. Alınmadı ailə həyatımız. Məcburən ayrıldıq. Səbəb qadınla xəyanət-filan deyildi. Kaş elə qadın məsələsi olaydı… Qətiyyən… ulduzumuz barışmadı. Qızımla da görüşmür. İndi isə qızımla onun görüşməsinə mən icazə vermirəm. Bu mövzuda danışmaq istəmirəm. Ayrılmışıq, Allah onu da xoşbəxt eləsin. Yaxşı ki ayrılmışıq…”