Загрузка...

1415778706_huseynabdulla

Sabiq deputat, bəstəkar Hüseyn Abdullayevin yeni mahnısı işıq üzü görüb. Bu barədə o, özünün facebook səhifəsində məlumat verib. “Etiraf” adlı mahnıya klip də çəkilib. Klip İstanbulda lentə alınıb.

Hüseyn Abdullayev facebookda yazıb: “Sevimli dostlarım! Bu gün sizlərə sözü və musiqisi mənə aid olan “Etiraf” adlı mahnımı təqdim etmək istəyirəm. İfaçı Leyla Rəhimova, aranjeman Erhan Bayrak, klip rejissoru isə Kemal Başbuğdur.”

Qeyd edək ki, mahnının sözləri Anadolu türkcəsində səsləndirilir. Bu isə əsərə xüsusi rəng verir. Musavat.com-un əldə etdiyi məlumata görə, “Etiraf” mahnısına çəkilən klipin süjet xətti və ideyası də Hüseyn Abdullayevə məxsusdur.

Xatırladaq ki, Hüseyn Abdullayevin son 15 ildə hitə çevrilən, sevilərək oxunan, dinlənilən bir çox mahnıları olub. Onun “Azərbaycan” mahnısı isə uzun müddət milli marş səviyyəsində qədər yüksəlmişdi.

Musavat.com mahnıya çəkilmiş klipi təqdim edir.