Bakıda yanğın hadisəsi baş verib.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan 3 mərtəbəli “NEOLİT” şadlıq evinin mətbəxində şaxtadan keçən elektrik kabeli 6 p.m yanıb.
Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.