Bu gün yeni mövsümə start verən “Kördüğüm” serialının baş rolunda “Naz” obrazını canlandıran Belçim Bilgin ekran işindən ayrılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27-ci bölümü ilə ekranlara qayıdan serial efirə gedən vaxt, Belçim Bilgin İnstaqram hesabından ayrılıq qərarını açıqlayıb.
33 yaşlı aktrisa bildirib ki, canlandırdığı “Naz”ın hekayəsi onu razı salmayıb və buna görə də heç kimi üzmədən ayrılmaq istəyib:
“Sizə, özümə, iş yoldaşlarıma, işimə olan hörmət əsasdır. Ən qısa zamanda başqa layihələrlə qarşınıza çıxmaq üçün səbrsizlənirəm. Sizdən ötrü çox darıxacağam”.