Qarabağ məsələsinin həlli belə görünür, növbəti qeyri-müəyyən fazaya girməkdədir – və yenə də işğalçı Ermənistanın kaprizləri sayəsində. Ancaq cırtdanErmənistan kimdir ki, o, Qarabağ kimi artıq beynəlxalq problemə çevrilmiş bir məsələdə diktəedici tərəf olsun və yaxud özünə sərfəli ortam formalaşdıra bilsın.
Əlbəttə ki, ədalətli sülhü indiyədək əlçatmaz edən işğalçının arxasındakı Rusiyadır. “Dirijor çubuğu” da az qala 30 ildir onun – Moskvanın əlindədir. Moskva isə bir məşhur kinopersonajın dili ilə desək, hələ ki “sabun bişirmək” istəmir. Rusiya prezidenti V.Putinin son Bakı səfəri ərəfəsində AzərTAc-a müsahibəsində söylədiyi “bu, elə bir həll forması olmalıdır ki, heç bir tərəf özünü nəqalib, nə də məğlub hiss etməsin” sözləri də əslində elə bunun anonsu idi – Kreml yekun həllə hazır deyil.
Ardınca Kremlin “balans oyunu” çərçivəsində İrəvan paradına “İsgəndər”ərin çıxarılması haqq-hesabı ortaya çıxdı. Bu da yenə Kremlin “sabun bişirmək” istəyininyoxluğunun növbəti təsdiqi idi təbii ki. Çünki 30 illik münaqişəni çözmək istəyən vasitəçi Rusiya məntiqlə və ələlxüsus apreldəki 4 günlük müharibədən sonra işğalçıya təzyiq edib onu ərazilərin boşaldılmasına başlamağa razı salmalı idi, nəinki erməni tərəfdə əvvəlki kimi öz hərbi gücünə inamı artırmalı, bununla da onun təzədən əvvəlki barışmaz mövqeyə qaytarmasına yardımçı olmalı idi.
Söz düşmüşkən, bu günlərdə prezident V.Putinə yaxınlığı ilə tanınan azərbaycanlı məşhur simalardan biri mətbuata müsahibəsində dedi ki, Rusiya Qarabağ məsələsində heç vaxt Ermənistana təzyiq etməyəcək, yalnız inandırma üsulundan istifadə edəcək. Belədisə, onda bir daha Ermənistanın forpost olaraq, Kremldən ötrü nə boyda önəm kəsb etdiyi ortaya çıxır.
Amma problem təkcə bunda deyil. Həm də ondadır ki, Rusiya özündən başqa hər hansı başqa regional və ya qlobal gücün də İrəvana təzyiq və ya təsir etməsini istəmir, buna imkan vermir. Obrazlı desək, işğalçını ağzındakı dili kimi qoruyur. Qısası, acı gerçək belədir ki, Ermənistan istəsə də, konfliktin həllini tezləşdirə bilməz nə qədər ki, Rusiyanın hərbi-siyasi girovluğundadır.
Bu girovluqdan çıxmaq, şəksiz ki, ən əvvəl erməni xalqının problemidir. Əgər bu xalq nəhayət ki, öz qonşuları ilə dinc-yanaşı, sülh və əmin-amanlıq içində yaşamağı arzu edirsə, ciddi şəkildə Rusiyanın boyundurduruğundan qurtulmaq barədə düşünməlidir. O Rusiya ki, onu Güney Qafqaza birləşdirən yalnız hərbi bazalarıdır, hərbçiləridir, başqa heç bir ciddi bağ, əlaqəyoxdur.
Ermənistan Azərbaycan və Gürcüstan kimi öz taleyini şimala deyil, regiona, öz tarixi qonşularına bağlasa, o zaman yalnız regionu qarışdırmaq, konfliktlər yaratmaqhesabına burda öz varlığını saxlayan Rusiya bölgədən tezliklə çəkilib gedəcək.
Ermənistanın başqa xilas düsturu yoxdur. “İsgəndər”ləronu xilas etməyəcək. Əksinə, ona daha böyük fəlakət, yeni müharibə, dağıntı gətirəcək. Çünki Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Demək, silahlanmaqda davam edəcək, Ermənistanı da silahlanma yarışına sövq edəcək. Balaca və kasıb Ermənistanın buna potensialı çatacaqmı? Cavab aydındır.
Bunu artıq təkcə biz demirik. Misal üçün, tanınmış erməni politoloqu Aleksandr İsgəndəryan da “İsgəndər”lərlə bağlı eyni fikirdədir. Onun əminliyinə görə, həmin raket kompleksləri ilə də Azərbaycanın qabağını almaq mümkün olmayacaq.
Sitat: “Apreldə təmas xəttindəki gərginliyi nəzərə alsaq, belə hadisələrin təkrarlanması tamamilə mümkündür. Demirəm ki, hökmən olacaq, amma “İsgəndər”lər aprel olayları tipli hadisələri önləyəcək şeylər deyil. Apreldəki kimi analoji hadisələr başqa şeylərdən – neftin qiymətindən, Azərbaycanın hazırlığından, xüsusi hazırlıq keçmiş xüsusi təyinatlılardan asılı olacaq. Yoxsa ki, paradda bizə göstərilənlər bu qəbilədən eskalasiyaları önləyəcək vasitələr deyil”.
Keşkə, ermənilər arada bu gerçəyi dilə gətirən özününkülərə də bir az qulaq verəydilər.