1474649066

Məşhur fransız aktyoru Jerar Depardye ölkəsi haqda sərt sözlər deyib.

Axar.az xəbər verir ki, o, İtaliya mətbuatına verdiyi müsahibəsində özünü bir fransız kimi görmədiyini deyib.

Depardye Fransanı əcnəbilər üçün şərab və iylənmiş pendir istehsal edən axmaqlarla zəngin Disneyləndə bənzədib.

“Fransada insanlar manipulyasiya edilir və heç bir azadlıqları qalmayıb”, – deyən Depardye İtaliyanın Fransa ilə müqayisədə daha özünəməxsus olduğunu və mədəniyyətini qorumağı bacardığını ifadə edib.

Məşhur aktyor bildirib ki, artıq əsil kino sənəti qalmayıb. O, amerikalıların vahiməyə saldığı dünyada bəsit bir əyləncə şəraitinin olduğunu dilə gətirib. Kinoda isə çox tanınan 10 aktyorla ərsəyə gətirilən və film adı verilən özəl effektlərlə zəngin “rollar”ın canlandırıldığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin “qoçu” xarakterini sevdiyini deyən fransız aktyor 2013-cü ildən bəri Rusiyanın ona verdiyi şəxsiyyət vəsiqəsindən istifadə etdiyini və özünü “dünya vətəndaşı” kimi gördüyünü deyib.

Загрузка...