Yeni mövsümdə hansı serialda rol alacağı maraqla gözlənilən Serenay Sarıkaya gələn təklifləri dəyərləndirir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın “Tims Production”la razılaşdığı, lakin onlara şərt qoyduğu bildirilir.
Belə ki, Serenay hələlik adı açıqlanmayan serialın ilk 5 seriyasının ssenarisini istəyib və xoşuna gələcəyi təqdirdə qəbul edəcəyini deyib.
Qeyd edək ki, Serenay təklifi qəbul edərsə Engin Akyüreklə baş rolda oynayacaq.